Bakı. 11 iyul. REPORT.AZ/ Dünya Bankının analitikləri Suriyadakı vəziyyətlə bağlı hesabat hazırlayıblar.
"Report" xəbər verir ki, onlar müharibənin ölkəyə vurduğu ziyanı hesablayıblar.
2011-ci ildən Suriyada başlayan hərbi əməliyyatlar ölkə iqtisadiyyatına 226 milyard dollar məbləğində ziyan vurub.
"İnfrastrukturun dağıdılmasından çox, sosial-iqtisadi əlaqələrin pozulması ölkəyə böyük ziyan vurub", - deyə bankın analitikləri hesab edirlər.
Müharibədən əvvəl Suriya ÜDM-i 60,2 milyard dollar təşkil edirdisə, indi bu göstərici 24 milyarddan çox deyil.