Dunay çayında suyun azalması suvarmada məhdudiyyətlər yaradıb

Dunay çayında suyun azalması suvarmada məhdudiyyətlər yaradıb Rumıniya ərazisində Dunay çayının səviyyəsi bir sıra su nasosu stansiyalarında su çatışmazlığı yaranıb.
Digər ölkələr
2 Avqust , 2022 19:36
Dunay çayında suyun azalması suvarmada məhdudiyyətlər yaradıb

Rumıniya ərazisində Dunay çayının səviyyəsi bir sıra su nasosu stansiyalarında su çatışmazlığı yaranıb.

“Report” xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, Rumıniyanın üç bölgəsində əkin sahələrinin suvarılması üçün su qıtlığı yaranıb.

Məlumata görə, İtaliyada ilin ilk yarısının isti keçməsi səbəbindən makaron istehsalında istifadə edilən bərk buğdanın məhsuldarlığı 30 faiz, çörək istehsalı üçün istifadə olunan yumşaq sortlar isə 20 faiz azala, bəzi bölgələrdə məhsul itkiləri 40 faizə çata bilər.

İtaliya Kənd Təsərrüfatı İstehsalçıları Assosiasiyası bildirib ki, şimal rayonlarında məhsulun iki dəfə azalacağı gözlənilir.

Fransanın 96 departamentindən 88-də quraqlıq səbəbindən sudan istifadəyə məhdiyyət tətbiq edilib, sakinlərə bağları suvarmaq qadağan olunub.

Qeyd edək ki, Dunay Avropada Volqadan sonra ikinci ən uzun çaydır. O, Almaniyanın cənubunda Şvartsvald bölgəsində Breq və Briqax dağ çaylarının 678 m yüksəklikdəki birləşməsindən meydana gəlir. Donaueşingen qəsəbəsindən başlayaraq kiçik bir kanal sayəsində Briqax çayına töküldüyü nöqtədən etibarən çay Dunay adlanmağa başlayır. Donaueşingendən Qara dənizə töküldüyü Sulina limanına qədər uzunluğu 2779 km-dir, onun 2415 km-i gəmiçilik üçün yararlıdır. Dunay çayı coğrafi baxımdan üç yerə bölünür: mənbəyindən Genü yaşayış məntəqəsinə qədər Yuxarı Dunay (988 km), Genüdən Turnu-Severin şəhərinədək Orta Dunay (860 km), buradan mənsəbinədək Aşağı Dunay (931 km). Mənbəyindən dənizə töküldüyü nöqtəyə qədər Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna daxil olmaqla cəmi 10 ölkənin torpağından keçir.

Dunay çayı hövzəsinin sahəsi 817 000 km², uzunluğu 1690 km, eni isə 820 km-dir. Bu hidroqrafik hövzədə yerləşən müxtəlif uzunluqda 120-yə qədər çay Dunay çayına tökülür. Bunlar arasında 500 km-dən daha uzun olanlar İnn (505 km), Drava (894 km), Tisza (966 km), Sova (861 km), Morava (563 km), Olt (542 km), Siret (726 km) və Prut (950 km) çaylarıdır.

Son xəbərlər

Orphus sistemi