Duda: "Polşada tezliklə "Patriot"lar yerləşdiriləcək"

Duda: "Polşada tezliklə "Patriot"lar yerləşdiriləcək" Polşa Prezidenti Anjey Duda Almaniyanın təklif etdiyi ABŞ-ın “Patriot” raketdən müdafiə sistemlərinin tez bir zamanda yerləşdirilməsinə ümidvardır.
Digər ölkələr
12 Dekabr , 2022 19:14
Duda: Polşada tezliklə Patriotlar yerləşdiriləcək

Polşa Prezidenti Anjey Duda Almaniyanın təklif etdiyi ABŞ-ın “Patriot” raketdən müdafiə sistemlərinin tez bir zamanda yerləşdirilməsinə ümidvardır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.

“Ümid edirəm ki, yaxın günlərdə polşalı və almaniyalı ekspert qrupları görüşəcək, “Patriot” sisteminin yerini müəyyənləşdirəcək”, - Duda deyib.

Baş nazirin müavini və müdafiə naziri Mariuş Blaşçakın ötən həftə açıqladığı kimi, Almaniya Ukraynaya "Patriot" raketdən müdafiə sistemləri verməkdən imtina edib və onların Polşada yerləşdirilməsi üçün danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi