Dubayda tikinti kranı avtomobillərin üstünə düşüb, xəsarət alan var - FOTO - VİDEO

Dubayda tikinti kranı avtomobillərin üstünə düşüb, xəsarət alan var - FOTO - VİDEO Hadisədə nəticəsində xəsarət alan şəxs xəstəxanaya çatdırılıb
Digər ölkələr
3 Fevral , 2017 17:24
Dubayda tikinti kranı avtomobillərin üstünə düşüb, xəsarət alan var - FOTO - VİDEO

Dubay. 3 fevral. REPORT.AZ/ Dubayda tikinti kranının aşması nəticəsində 1 nəfər xəsarət alıb, 3 avtomobil yanıb.

"Report" xəbər verir ki, hadisə yerinə dərhal mülki müdafiə və polis nümayəndələri gəliblər, nəqliyyatın hərəkəti başqa marşrutlara istiqamətləndirilib.

Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. İnsident Əbu-Dabi istiqamətində olan Şeyx Zayed şossesində baş verib.

Qeyd edək ki, bu gün Dubayda fırtınalı hava olacağı bildirilib, küləyin sürəti 60 km/saat təşkil edir.

Son xəbərlər

Orphus sistemi