Dövlət katibi: "ABŞ Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır"

Dövlət katibi: "ABŞ Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır" "Amerika Birləşmiş Ştatları Rusiya Prezidenti Vladimir Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır".
Digər ölkələr
27 Aprel , 2022 11:25
Dövlət katibi: ABŞ Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır
Entoni Blinken

"Amerika Birləşmiş Ştatları Rusiya Prezidenti Vladimir Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

O, ABŞ-ın Ukraynaya silah tədürükünü sürətləndirdiyini vurğulayıb.

"Rusiya hökumətinin 2 ay əvvəl cəmi bir neçə günə ələ keçirə biləcəyini iddia etdiyi ərazilər hələ Ukraynadadır. Kiyev canlanır: insanlar küçələrdə yemək yeyir, skamyada oturur, gəzirlər. Ukraynalılar Kiyev uğrunda döyüşdə qalib gəlib. Biz bunu öz gözlərimizlə gördük”, - o söyləyib.

Blinken ABŞ-ın Ukraynaya hərbi yardımının davam edəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi