Dövlət Departamenti Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etməyi tapşırıb

Dövlət Departamenti Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etməyi tapşırıb ABŞ Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etmək göstərişini verib.
Digər ölkələr
141
24 Yanvar , 2022 04:36
Dövlət Departamenti Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etməyi tapşırıb

ABŞ Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etmək göstərişini verib.

“Report”un məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda həmçinin diplomatik nümayəndəliyin əməkdaşlarının bir hissəsinə icazə verilib.

"Dövlət Departamenti yanvarın 23-də Kiyevdəki səfirlik işçilərinin könüllü şəkildə ölkəni tərk etməsinə icazə və Rusiyadan hərbi əməliyyatların davam etmə riski ilə əlaqədar olaraq ailə üzvlərinin ölkəni tərk etməsinə göstəriş verib. ABŞ vətəndaşları kommersiya uçuşlarından və ya digər nəqliyyat vasitəsi formalarından istifadə etməklə oranı tərk etməyi düşünməlidirlər”, - Dövlət Departamentindən bildirilib. Bundan əvvəl ABC televiziya şirkəti Dövlət Departamentinin daxili sənədinə istinadən ABŞ-ın Kiyevdəki səfirliyinin əməkdaşlarının təxliyəsi barədə məlumat yayıb.

Eyni zamanda, Departamentin yüksək vəzifəli nümayəndəsi xüsusi brifinqdə qeyd edib ki, səfirlik fəaliyyətini davam etdirəcək.

"ABŞ səfirliyi fəaliyyətini davam etdirir və (Ukraynadakı-red) müvəqqəti işlər vəkili Kristina Quinn ölkədə qalır", - Dövlət Departamentinin sözçüsü bildirib.

Son xəbərlər

Orphus sistemi