Dövlət Departamenti Rusiya-NATO Şurasının iclasının nəticələrini şərh edib

Dövlət Departamenti Rusiya-NATO Şurasının iclasının nəticələrini şərh edib Rusiya və NATO ölkələri Brüsseldə kollektiv təhlükəsizliyi gücləndirməklə irəliləyiş əldə edə biləcəkləri sahələri müzakirə ediblər.
Digər ölkələr
13 Yanvar , 2022 01:05
Dövlət Departamenti Rusiya-NATO Şurasının iclasının nəticələrini şərh edib

Rusiya və NATO ölkələri Brüsseldə kollektiv təhlükəsizliyi gücləndirməklə irəliləyiş əldə edə biləcəkləri sahələri müzakirə ediblər.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

““Bugünkü (NATO-Rusiya Şurasının – Red) iclas zamanı NATO müttəfiqləri Alyansla Rusiyanın, bizim hamımız və üstəlik, bütün dünya üçün kollektiv təhlükəsizliyi gücləndirəcək şəkildə birlikdə potensial olaraq irəliləyiş əldə edə biləcəyi sahələrə dair fikirlərini bildirdilər. Bunlara risklərin azaldılması, eləcə də şəffaflığın təmin edilməsi, qarşılıqlı fəaliyyətin effektivliyinin və silahlara nəzarətin artırılması üzrə qarşılıqlı fəaliyyətlər daxildir”, - diplomat bildirib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Rusiya NATO-dan keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsini, yaxın və ortamənzilli raketlərin bir-birinə çatacaq məsafədə yerləşdirməməsini və həmin ərazilərdə keçirdiyi təlimlərin sayını azaltmasını istəyir.

Son xəbərlər

Orphus sistemi