Dövlət Departamenti: "Qani artıq Əfqanıstanda siyasi fiqur deyil"

Dövlət Departamenti: "Qani artıq Əfqanıstanda siyasi fiqur deyil" Əfqanıstanın ölkəni tərk edən prezidenti Əşrəf Qani artıq ölkəsində siyasi fiqur deyil.
Digər ölkələr
18 Avqust , 2021 23:52
Dövlət Departamenti: Qani artıq Əfqanıstanda siyasi fiqur deyil

Əfqanıstanın ölkəni tərk edən prezidenti Əşrəf Qani artıq ölkəsində siyasi fiqur deyil.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Dövlət Departamentində keçirdiyi brifinqdə deyib.

Bundan əvvəl BƏƏ Xarici İşlər Nazirliyi Əşrəf Qani və ailəsinin bu ölkədə olduğunu təsdiqləyib. Daha sonra yayılan məlumatlarda onun xəstəxanaya yerləşdirildiyi deyilirdi.

Əşrəf Qani bu gün sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib ki, yaxın zamanda Əfqanıstana qayıdacaq.

Xatırladaq ki, avqustun 15-də “Taliban” silahlıları Kabilə daxil olduqdan sonra Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə paytaxtı tərk edib.

Son xəbərlər

Orphus sistemi