Dövlət Departamenti: İraq ordusu Mosulun azad edilməsi əməliyyatını uğurla həyata keçirir

Dövlət Departamenti: İraq ordusu Mosulun azad edilməsi əməliyyatını uğurla həyata keçirir Con Kirbi: "Kampaniya planlaşdırıldığından da sürətlidir"
Digər ölkələr
1 Noyabr , 2016 22:52
Dövlət Departamenti: İraq ordusu Mosulun azad edilməsi əməliyyatını uğurla həyata keçirir

Bakı. 1 noyabr. REPORT.AZ/ İraq ordusu ölkənin şimalındakı Mosul şəhərinin azad edilməsi əməliyyatını uğurla həyata keçirir.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.

O, bildirib ki, Mosulun azad edilməsi kampaniyası planlaşdırıldığından da sürətli həyata keçirilir. "Deyə bilərəm ki, ordu müvəffəqiyyətlə irəliləyir. Onların kampaniyası nəzərdə tutulmuş qrafikdən daha sürətlə həyata keçirilir" – deyə o bildirib.

Dövlət Departamentinin rəsmisi əlavə edib ki, İraqın Silahlı Q üvvələri və onların müttəfiqləri şəhərdə və ondan xaricdə İŞİD terror qruplaşmasına hücumlar edir.

Con Kirbi həmçinin əlavə edib ki, Dövlət Departamenti İraqdakı əməliyyat zamanı mülki sakinlər arasında hər hansı itki barədə məlumat almayıb.  

Son xəbərlər

Orphus sistemi