Amerika Birləşmiş Ştatları, Haitidə bu ölkənin prezidenti Jovenel Moizin qətli ilə bağlı aparılan araşdırma çərçivəsində üç Amerika vətəndaşının tutulmasından xəbərdardır.
“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays bəyan edib.
“Vəziyyəti yaxından izləməyə davam edirik. Saxlanılan bütün amerikalılara konsulluq dəstəyi göstəriləcək”, - deyə Ned Prays vurğulayıb.
Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib. Haiti prezidentinin həyat yoldaşı Martin Moiz də iqamətgaha edilən hücumda ağır yaralanıb. O, müalicə almaq üçün ABŞ-a aparılıb. Əməliyyat edilən birinci xanımın vəziyyəti kafidir.