Dövlət Departamenti Baydenin Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırma aparır

Dövlət Departamenti Baydenin Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırma aparır ABŞ Dövlət Departamentinin Baş müfəttişi Dayana Şou Prezident Cozef Bayden administrasiyasının Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırmaya başlayıb.
Digər ölkələr
19 Oktyabr , 2021 09:51
Dövlət Departamenti Baydenin Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırma aparır
Cozef Bayden

ABŞ Dövlət Departamentinin Baş müfəttişi Dayana Şou Prezident Cozef Bayden administrasiyasının Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Politico” ABŞ Konqresindəki mənbələrə istinadən məlumat yayıb.

Araşdırma ABŞ hərbçilərinin bu ölkədən çıxarılması ilə bağlıdır. Dövlət Departamenti əsas diqqəti xüsusi immiqrasiya vizalarının verilməsi proqramına, əfqan qaçqınların köçürülməsi prosesinə, həmçinin ABŞ-lı işçi heyətinin və onlarla əməkdaşlıq etmiş əfqanların Kabildən təxliyə edilməsinə yönəldəcək.

Məlumata görə, D.Şou artıq Konqresi bu barədə məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi