Dövlət Departamenti: "ABŞ Suriya ərazisində muxtariyyətin yaradılmasına qarşıdır"

Dövlət Departamenti: "ABŞ Suriya ərazisində muxtariyyətin yaradılmasına qarşıdır" Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib
Digər ölkələr
17 Mart , 2016 00:23
Dövlət Departamenti: ABŞ Suriya ərazisində muxtariyyətin yaradılmasına qarşıdır

Bakı. 17 mart. REPORT.AZ/ "ABŞ Suriya ərazisində kürd muxtariyyətinin yaradılması ideyasının əleyhinədir". "Report"un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib.

Toner bildirib ki, Suriya ərazisində müxtar və ya yarımuxtar zonaların formalaşması bu ölkədəki siyasi böhranın həlli baxımından müsbət addım olmayacaq.

Onun sözlərinə görə, Suriyanın gələcəyi ilə bağlı addımar bütün Suriya xalqı tərəfindən qəbul edilməlidir.

Son xəbərlər

Orphus sistemi