Dövlət Departamenti: ABŞ Qüdsün İsrail hissəsinin sərhədləri barədə yekun qərar qəbul etməyib

Dövlət Departamenti: ABŞ Qüdsün İsrail hissəsinin sərhədləri barədə yekun qərar qəbul etməyib Bakı. 11 may. REPORT.AZ/ ABŞ administrasiyası Qüdsün İsrailin suverenliyinə aid olan rayonlarının sərhədləri barədə özü üçün yekun qərar qəbul etməyib.
Digər ölkələr
11 May , 2018 23:20
Dövlət Departamenti: ABŞ Qüdsün İsrail hissəsinin sərhədləri barədə yekun qərar qəbul etməyib

Bakı. 11 may. REPORT.AZ/ ABŞ administrasiyası Qüdsün İsrailin suverenliyinə aid olan rayonlarının sərhədləri barədə özü üçün yekun qərar qəbul etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü Dövlət Departamentinin mətbuat xidmətinin Qüdsdə Amerika səfirliyinin mayın 14-də keçiriləcək açılış mərasimi ilə əlaqədar yaydığı məlumatda deyilir.

Prezident Donad Tramp tərəfindən qəbul olunmuş qərardan sonra, ABŞ hesab edir ki, Qüds İsrailin paytaxtıdır.

"Səfirliyimizin [Tel-Əvivdən Qüdsə] köçürülməsi davamlı sülh müqaviləsinin hazırlanmasına yardım etməyə qəti bağlılığımızdan imtina etməyimiz anlamına gəlmir. Bu, daha doğrusu, bunun üçün zəruri şərtdir. Biz yekun status məsələsi ilə bağlı hər hansı bir mövqe tutmamışıq, bura İsrailin Qüdsdəki suverenliyinin dəqiq sərhədləri və mübahisəli sərhəd məsələlərinin nizamlanması da daxildir", - deyə məntdə bildirilir.

Son xəbərlər

Orphus sistemi