Dövlət Departamenti: ABŞ-nin İraqdan qoşunlarını çıxarmaq planı yoxdur

Dövlət Departamenti: ABŞ-nin İraqdan qoşunlarını çıxarmaq planı yoxdur Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.
Digər ölkələr
15 Avqust , 2024 02:38
Dövlət Departamenti: ABŞ-nin İraqdan qoşunlarını çıxarmaq planı yoxdur

Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.

“Report” xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik, lakin təhlükəsizlik sahəsində tərəfdaşlığı genişləndirməyə davam edirik”, - Patel bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq qarşılıqlı sadiqlik və regional marağa əsaslanır.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin keçmiş rəhbəri Morqan Ortaqus ”X” sosial şəbəkəsində yazıb ki, Prezident Cozef Baydenin başçılıq etdiyi hazırkı Amerika administrasiyası çox güman ki, tezliklə İraqdan qoşunların çıxarılması ilə bağlı razılaşmanı elan edəcək.

Son xəbərlər

Orphus sistemi