Kanadanın cənub-şərqindəki Yeni Şotlandiya əyalətində "Dorian" qasırğasının ölkə sahillərinə yaxınlaşması səbəbindən 300 mindən çox abunəçi işıqsız qalıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kanadanın "Global News" kanalı məlumat yayıb.
Yerli CBC Radioyayım Korporasiyasının məlumatına görə, "Dorian" yerli vaxtla təxminən 19:00-da Halifaks liman şəhərinə çatarkən post-tropik fırtına dərəcəsinə qədər zəifləyib.
"Global News"un məlumatına görə, "Nova Scotia Power" tərəfindən elektrik enerjisi ilə təmin olunan abunəçilər işıqsız qalıb.
Yeni Brunsvik əyalətində 14 min ev və müəssisənin də elektrik enerjisiz qaldığı qeyd olunur.