Dörd ölkədə koronavirusa yoluxanların sayı artdı

Dörd ölkədə koronavirusa yoluxanların sayı artdı Yunanıstan, Kanada, Səudiyyə Ərəbistanı və Sinqapurda koronavirus daşıyıcılarının sayı artıb.
Digər ölkələr
5 Mart , 2020 16:58
Dörd ölkədə koronavirusa yoluxanların sayı artdı
getty

Yunanıstan, Kanada, Səudiyyə Ərəbistanı və Sinqapurda koronavirus daşıyıcılarının sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan 21, Kanadada 1, Səudiyyə Ərəbistanında 3, Sinqapurda isə 5 koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

Bununla da virusa yoluxma hallarının sayı Yunanıstanda 31, Kanadada 35, Səudiyyə Ərəbistanında 5, Sinqapurda isə 117-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 621-ə çatıb. Bunların 53 952 nəfəri sağalıb, 3 310 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi