Yuxarı
    Bağlamaq

    ​Dörd min Fransa vətəndaşı İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib

    Təqribən 50 Fransa vətəndaşı artıq öldürülüb

    Bakı. 20 noyabr. REPORT.AZ/ Fransanın son dərəcə sağçı partiyası "Milli cəbhə"nin lideri Marin Le Pen Fransa kəşfiyyatındakı mənbəyə istinad edərək bildirib ki, ölkənin baş nazirinin dediyi kimi min nəfər yox, 4 min Fransa vətəndaşı "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qoşulmaq üçün Suriyaya yollanıb.

    "Report" xəbər verir ki, Le Pen "Sud Radio" radiostansiyasının efirində onların Fransa vətəndaşlığından çıxarılmasını və Fransaya qayıtmalarına qadağa qoyulmasını təklif edib.

    Bunadək Fransanın baş naziri Manuel Vals bildirmişdi ki, rəsmi məlumatlara görə, mindən çox fransız hazırda Suriyada İŞİD-in tərəfində vuruşur.

    O, həmçinin, əlavə edib ki, təqribən 50 Fransa vətəndaşı artıq öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi