Yuxarı

​Donbassda 1460 nəfər itkin düşmüş hesab olunur

Hazırda 399 nəfər əsirlikdədir

Bakı. 6 may. REPORT.AZ/ "Donbassda 1460 nəfər itkin düşmüş hesab olunur, 399 nəfər əsirlikdədir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın kontakt qrupundakı nümayəndəsi Leonid Kuçma bildirib.

"Siz, yəqin bilirsiniz, bu rəqəmlər səsləndirilib: 1460 nəfər itkin düşüb. Bundan əlavə, min nəfər ölən var. 399 nəfər isə əsirlikdədir", - deyə o Minskdə kontakt qrupunun görüşündən sonra vurğulayıb.

"Necə problem olduğunu təsəvvür edin. Artıq təkcə bu məsələlərlə məşğul olmaq qərarının verilməsi bizi sevindirir", - deyə Kuçma qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi