Ukraynada 1,5 milyondan çox insan qaçqın və məcburi köçkün düşüb

Ukraynada 1,5 milyondan çox insan qaçqın və məcburi köçkün düşüb BMT ölkə daxilində məcburi köç edən 921,640 min nəfəri qeydə alıb
Digər ölkələr
24 Yanvar , 2015 07:44
Ukraynada 1,5 milyondan çox insan qaçqın və məcburi köçkün düşüb

Bakı. 24 yanvar. REPORT.AZ/ BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Ukraynada münaqişə səbəbindən qaçqın və məcburi köçkün düşənlərin sayını açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, idarənin hesabatına görə, yanvarın 21-dək Ukraynanın Sosial İnkişaf Nazirliyi ölkə daxilində məcburi köç edən 921,640 min nəfəri qeydə alıb.

Bundan əlavə, təqribən 600 min nəfər başqa ölkələrə, xüsusilə də Rusiyaya qaçqın düşüb.

BMT-nin məlumatına görə, Ukraynanın cənub-şərqində gedən münaqişə zamanı 5086 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi