Donald Tusk: "Böyük Britaniya Avropa İttifaqının tərkibində qalır"

Donald Tusk: "Böyük Britaniya Avropa İttifaqının tərkibində qalır" "Brüsseldə keçirilən Aİ liderləri zirvəsində bununla bağlı qərar qəbul edilib"
Digər ölkələr
20 Fevral , 2016 01:56
Donald Tusk: Böyük Britaniya Avropa İttifaqının tərkibində qalır

Bakı. 20 fevral. REPORT.AZ/ "Böyük Britaniya ilə Avropa İttifaqının liderləri arasında razılığın əldə olunmasına dair xəbər həqiqəti əks etdirir". "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk məlumat verib.

"Razılaşma əldə olundu. Avropa İttifaqı tərkibindəki Britaniya üçün qərar yekdilliklə qəbul edildi", - deyə D.Tusk öz `Twitter`səhifəsində yazdı.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalması barədə xəbəri ilk olaraq Litvanın prezidenti Dalya Qribauskayte ilə Çexiyanın baş naziri Boquslav Sobotka `Twitter`vasitəsi ilə paylaşmışdılar.

Böyük Britaniyanın baş naziri Devid Kemeron isə öz növbəsində bildirib ki, onun ölkəsi bundan sonra Aİ tərkibində "xüsusi statusa" malik dövlət hesab olunacaq. Kemeronun sözlərinə görə, razılaşmanı müzakirə etmək məqsədi ilə britaniya höküməti bu gün iclas keçirəcək.

Son xəbərlər

Orphus sistemi