Donald Tusk: "Aİ mühacir məsələsində vahid siyasət hazırlamalıdır"

Donald Tusk: "Aİ mühacir məsələsində vahid siyasət hazırlamalıdır" "Avropadakı mühacir probleminə insanlıq və məsuliyyət hisslərinin imtahanı kimi yanaşmaq lazımdır"
Digər ölkələr
19 Sentyabr , 2015 21:24
Donald Tusk: Aİ mühacir məsələsində vahid siyasət hazırlamalıdır

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Avropadakı mühacir probleminə insanlıq və məsuliyyət hisslərinin imtahanı kimi yanaşmaq lazımdır". "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk quruma üzv dövlətlərin başçılarının təcili toplantısı ilə bağlı müraciətində bildirib.

"Yaranmış vəziyyət Avropa İttifaqındakı siyasilər və vətəndaşlar arasında qarşılıqlı ittihamlara və gərginliyə səbəb olub", - o vurğulayıb.

Onun sözlərinə görə, İttifaq milli səviyyədə mühacir məsələsində vahid siyasət hazırlamalıdır: "Əks halda, mövcud vəziyyətə münasibətimizin əsasında birlik və həmrəylik olmayacaq".

Xatırladaq ki, toplantının sentyabrın 23-də keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi