Donald Trampın var-dövləti 10 milyard dollardan çoxdur

Donald Trampın var-dövləti 10 milyard dollardan çoxdur Onun gəlirləri barədə Federal Seçki Komissiyasına təqdim edilən məlumat 104 səhifədən ibarət olub
Digər ölkələr
18 May , 2016 11:05
Donald Trampın var-dövləti 10 milyard dollardan çoxdur

Bakı. 18 may. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa ən real iddiaçı olan Donald Trampın var-dövləti 10 milyard dollardan çoxdur. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə amerikalı siyasətçi və iş adamının seçki qərargahından məlumat verilib.

Onun gəlirləri barədə Federal Seçki Komissiyasına təqdim edilən məlumat Komissiya tarixinə ən böyük "ərizə" kimi düşüb: məlumat 104 səhifədən ibarət olub.

Bununla belə, biznesmen hələ vergi bəyannaməsini təqdim etməyib. Xatırladaq ki, məhz bu sahədəki qaranlıq fəaliyyətinə görə, ABŞ prezidentliyinə namizəd olmağa digər iddiaçı Hillari Klinton daha əvvəl D.Trampı tənqid etmişdi.

Son xəbərlər

Orphus sistemi