Donald Trampın seçki qərargahı Hillari Klintonla daha bir müzakirə keçirmək istəyir

Donald Trampın seçki qərargahı Hillari Klintonla daha bir müzakirə keçirmək istəyir Trampın seçki kampaniyasının meneceri: "Məncə, belə müzakirələr ölkəyə faydalıdır"
Digər ölkələr
24 Oktyabr , 2016 16:11
Donald Trampın seçki qərargahı Hillari Klintonla daha bir müzakirə keçirmək istəyir

Bakı. 24 oktyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın seçki qərargahı rəqib Demokratlar Partiyasının namizədi Hillari Klintonla müzakirələrin dördüncü mərhələsinin keçirilməsini istədiklərini dilə gətirib.

"Report" xəbər verir ki, bu barədə D.Trampın seçki kampaniyasının meneceri Kellian Konuey WNYM radiostansiyasına müsahibəsində bildirib.

"Açığı, daha çox debat görmək istərdim. Məncə, belə müzakirələr ölkəyə faydalıdır. Demokratların vaxtı olsa, daha bir debat təşkil etmək istəyirik" - K.Konuey vurğulayıb.

Xatırladaq ki, sonuncu - üçüncü müzakirələr oktyabrın 19-da keçirilib. ABŞ-da prezident seçkiləri isə noyabrın 8-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi