Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edəcək şəxsin adı açıqlanıb

Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edəcək şəxsin adı açıqlanıb ABŞ prezidentinin keçmiş müşaviri Maykl Flinn istefa ərizəsi yazıb
Digər ölkələr
14 Fevral , 2017 10:25
Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edəcək şəxsin adı açıqlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Ağ Evdən bu vəzifəyə istefada olan general Kit Kelloqqun təyin edildiyi bildirilib.

Qeyd edək ki, D.Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinn Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqələrinin olması haqqında məlumatların yayılmasından sonra istefa ərizəsini yazıb.

M.Flinn istefa ərizəsində ABŞ vitse-prezidenti Mayk Pensə S.Kislyakla əlaqələri haqqında tam məlumat vermədiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi