Donald Trampın kürəkəni gizli məlumatlara girişdən məhrum edilib

Donald Trampın kürəkəni gizli məlumatlara girişdən məhrum edilib Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner  qiymətli sirləri ehtiva edən gündəlik məlumatlar toplusuna girişdən məhrum edilib.
Digər ölkələr
28 Fevral , 2018 14:29
Donald Trampın kürəkəni gizli məlumatlara girişdən məhrum edilib

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner  qiymətli sirləri ehtiva edən gündəlik məlumatlar toplusuna girişdən məhrum edilib.

"Report" CNN-ə istinadən xəbər verir ki, müvafiq qərar Ağ evin aparat rəhbəri Con Kelli tərəfindən qəbul edilib.

Bununla C.Kuşnerin giriş icazəsi yüksəkdən gizliyə qədər endirilib.

Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanları Donald Tramp üçün gündəlik hesabatlar hazırlayır.

Vəziyyətlə tanış olan mənbənin məlumatına görə, dövlət başçısının kürəkəni bu qərarla razılaşıb və prezidentdən gizli məlumatlara çıxışının bərpa olunmasını xahiş etməyəcək.

Xatırladaq ki, daha əvvəl "Washington Post" qəzeti ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinə istinadən C.Kuşnerin xarici rəsmilərlə əlaqələr qurduğunu, amma bunu rəsmi açıqlamadığını yazıb. Bundan əlavə, bəzi məlumatlara görə, xaricdə ABŞ prezidentinin kürəkənindən manipulyasiya kimi istifadə edilməsi imkanı haqqında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi