ABŞ prezidenti Donald Trampın seçki qərargahının keçmiş başçısı Pol Manafort koronavirusa yoluxma təhlükəsinə görə həbsdən azad edilib.
“Report” “Politico”ya istinadən xəbər verir ki, keçmiş qərargah rəhbəri ABŞ-a qarşı iki sui-qəsd əməlində ittiham olunur.
Bildirilib ki, P.Manafort barəsində həbs qərarı ev dustaqlığı ilə əvəz edilib. 71 yaşlı sabiq məmuru ailə üzvləri Pensilvaniya ştatındakı həbsxanadan götürüb.
O, aprelin 14-də Donald Trampa həbsxanadan buraxılması ilə bağlı müraciət etmişdi. Xroniki xəstə və yaşına görə onun koronavirusa yoluxma riski böyük olub.