ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.
"Report"un xəbərinə görə, bu barədə "Reuters" respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.
Hələlik digər təfərrüatlar açıqlanmır.
Öz növbəsində, Konqresin Nümayəndələr Palatasının üzvü, respublikaçı Marjori Taylor-Qrin “X” sosial şəbəkəsində hadisəni şərh edib: "Tramp başqa bir sui qəsd cəhdindən sonra salamatdır. Onu öldürməyə çalışırlar. Onlar Trampa qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər", - o yazıb.
Xatırladaq ki, iyulun 13-də də ABŞ prezidentliyinə namizədə mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
President Trump is safe and sound after ANOTHER ASSASSINATION ATTEMPT!!!