Donald Tramp və Berni Sanders Nyu Hempşirdəki praymerizin qalibi olub

Donald Tramp və Berni Sanders Nyu Hempşirdəki praymerizin qalibi olub Nyu Hempşirdəki ilkin seçimlər ikinci belə hal olub, daha əvvəl Ayovada praymeriz baş tutmuşdu
Digər ölkələr
10 Fevral , 2016 10:19
Donald Tramp və Berni Sanders Nyu Hempşirdəki praymerizin qalibi olub

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ-ın Nyu Hempşir ştatında keçirilən ilkin seçimlərdə (parymerizdə) demokratların və respublikaçıların liderləri dəyişib. "Report" CNN-ə istinadən xəbər verir ki, respublikaçılarda milyarder Donald Tramp qalib gəlib. Demokratlarda isə Berni Sanders Hillari Klintonu qabaqlayıb.

Səslərin 80%-dən çoxunun hesablanması nəticəsində məlum olub ki, demokratlarda Barni Sanders səslərin 60%-ni toplayıb. Hillari Klinton isə 38% səs yığıb.

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton Nyu Hempşirdəki ilkin seçimlərdə qələbə qazandığına görə Berni Sandersi təbrik edib. Bununla o, məğlubiyyətini etiraf edib.

Respublikaçılar partiyasından namizəd olan Donald Tramp seçicilərin 35%-nin səsini toplayaraq qalib olub. O, Ohayo ştatının qubernatoru Con Keysiki (16%) və Texasın senatoru Ted Kruzu (11%) qabaqlayıb.

Qeyd edək ki, Nyu Hempşir praymerizi bu baxımdan ikinci olub. Daha əvvəl ilkin seçimlər Ayova ştatında keçirilmişdi. Orada respublikaçılardan Ted Kruz (27,65%) qalib gəlmiş, Donald Tramp isə səslərin 24,31%-ni toplaya bilmişdi. Demokratlarda isə bərabərlik yaranmışdı: Hillari Klinton səslərin 49,86%, Berni Sanders isə 49,57%-ni toplamışdı.

Son xəbərlər

Orphus sistemi