Donald Tramp: "Şimali Koreya ilə münasibətlərimizdə xeyli irəliləyiş var"

Donald Tramp: "Şimali Koreya ilə münasibətlərimizdə xeyli irəliləyiş var" Bakı. 19 sentyabr. REPORT.AZ/ Əgər 2017-ci ilədək Şimali Koreya ilə müharibə təhlükəsi vardısa, hazırda bu ölkə ilə münasibətlərimizdə xeyli irəliləyiş əldə edilib.
Digər ölkələr
19 Sentyabr , 2018 19:20
Donald Tramp: Şimali Koreya ilə münasibətlərimizdə xeyli irəliləyiş var

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Əgər 2017-ci ilədək Şimali Koreya ilə müharibə təhlükəsi vardısa, hazırda bu ölkə ilə münasibətlərimizdə xeyli irəliləyiş əldə edilib". 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp bildirib.

“Üç gün əvvəl Kim Çen Indan gözəl bir məktub almışam. Şimali Koreyaya dair möhtəşəm irəliləyişə can atırıq. Mən prezident olana qədər bütün gedişat Şimali Koreya ilə müharibəyə doğru idi, indi isə belə bir nailiyyət... Münasibətlərimiz çox yaxşıdır”, - o vurğulayıb. 

D.Tramp deyib ki, Şimali Koreya artıq nüvə və raket sınaqları keçirmir: "ABŞ vətəndaşlarını və 1950-ci illərdəki müharibə zamanı ölən amerikalı hərbçilərin cənazələrini ölkələrinə qaytarıb".

Son xəbərlər

Orphus sistemi