Yuxarı

​Donald Tramp prezidentliyə namizədliyini təmin edib

1 238 nümayəndə onun prezidentliyə namizədliyini dəstəkləyib

Bakı. 26 may. REPORT.AZ/ Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün nümayəndələrin yetərincə dəstəyini qazanıb. "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, 1 238 qurultay nümayəndəsi onun prezidentliyə namizədliyinə səs verib. Bununla da o, Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsini təmin edib.

Qeyd edək ki, namizədliyin irəli sürülməsi üçün 1 237 səs tələbə olunurdu. Prezident seçkisi isə bu ilin noyabrında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi