Donald Tramp prezident kampaniyasına 43 mln dollardan artıq şəxsi vəsait xərcləyib

Donald Tramp prezident kampaniyasına 43 mln dollardan artıq şəxsi vəsait xərcləyib Trampın kampaniyasına cəmi 56 mln. dollar xərclənib
Digər ölkələr
21 May , 2016 13:57
Donald Tramp prezident kampaniyasına 43 mln dollardan artıq şəxsi vəsait xərcləyib

Bakı. 21 may. REPORT.AZ/ ABŞ prezidenti postuna ən real namizəd milyarder Donald Tramp prezident kampaniyasına 43 mln dollardan artıq şəxsi vəsait xərcləyib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Trampın ABŞ Federal Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatında deyilir. 

ABŞ prezidenti postuna namizədləyinin irəli sürməsi qərarı haqqında rəsmi elandan mayın əvvəlinə qədər Tramp təxminən 56 mln. dollar pul xərcləyib. Aprel ayında deleqatların səs verməsi uğrunda qızğın mübarizə zamanı Tramp təxminən 9.4 mln dollar xərcləyib, onlardan 7.5 mln. dolları onun şəxsi vəsaiti olub.

Son xəbərlər

Orphus sistemi