Donald Tramp milli təhlükəsizlik üzrə məsləhətçilərini dəyişməkdə davam edir

Donald Tramp milli təhlükəsizlik üzrə məsləhətçilərini dəyişməkdə davam edir Prezidentin komandasını ABŞ prezidentinin müşavir müavini Ketlin Makfarlend tərk edir
Digər ölkələr
10 Aprel , 2017 10:14
Donald Tramp milli təhlükəsizlik üzrə məsləhətçilərini dəyişməkdə davam edir
AP

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir müavini Ketlin Makfarlend cəmi 3 ay bu vəzifədə çalışdıqdan sonra postundan ayrılır.

"Report" "Amerikanın səsi" radiostansiyasına əsasən xəbər verir ki, daha əvvəl "Fox News" telekanalında siyasi analitik kimi çalışmış K.Makfarlend bunun əvəzində ABŞ-ın Sinqapurdakı səfiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Rusiya ilə gizli danışıqlarla bağlı qalmaqaldan sonra fevral ayında Maykl Flinn milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsindən istefaya göndərilib.

Analitiklər hesab edir ki, indi M.Flinnin yerinə gələn general Herbert Makmaster Milli Təhlükəsizlik Şurasında yenidən təşkilatlanma həyata keçirir.

Son xəbərlər

Orphus sistemi