Donald Tramp "Maykl" qasırğasından zərər çəkən ərazilərə gedəcək

Donald Tramp "Maykl" qasırğasından zərər çəkən ərazilərə gedəcək Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Maykl qasırğasından zərər çəkən Florida və Corciya ştatlarına səfər etmək niyyətindədir.
Digər ölkələr
12 Oktyabr , 2018 23:50
Donald Tramp Maykl qasırğasından zərər çəkən ərazilərə gedəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların "Maykl" qasırğasından zərər çəkən Florida və Corciya ştatlarına səfər etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"İnsanların "Maykl" qasırğasının Corciya ştatına necə zərbə vurması barədə anlayışları yoxdur. Gələn həftənin əvvəlində mən Florida ilə yanaşı, Corciya ştatına da gedəcəyəm", - deyə o, "Twitter"də bildirib.

Trampın sözlərinə görə, Vaşinqton təbii fəlakətin zərbə vurduğu hər ərazi üzərində səylə işləyir.

Son məlumata görə, ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, Donald Tramp "Maykl" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.  

Son xəbərlər

Orphus sistemi