Donald Tramp Kim Çen In ilə görüşə hazırlıqları şərh edib

Donald Tramp Kim Çen In ilə görüşə hazırlıqları şərh edib ABŞ prezidenti görüşün baş tutmayacağını da istisna etməyib
Digər ölkələr
26 Aprel , 2018 17:39
Donald Tramp Kim Çen In ilə görüşə hazırlıqları şərh edib
ABŞ prezidenti Donald Tramp / Reuters

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının efirində KXDR lideri Kim Çen In ilə görüşünün müzakirə olunan variantlarından danışıb.

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, D.Tramp görüş üçün üç və ya dörd tarixin və 5 yerin olduğunu vurğulayıb.

Bununla yanaşı, ABŞ prezidenti görüşün baş tutmayacağını da istisna etməyib.

"Ola bilsin, görüşü tez tərk edəcəyəm. Hətta görüşün baş tutmaması variantı da mümkündür", - D.Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi