Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İŞİD-in İraq və Suriyada sayılı günləri qalıb.
"Report" xəbər verir ki, Amerika liderinin sözlərini Ağ ev yayıb.
"Mosulda, İŞİD-in vaxtilə öz qondarma xilafətini elan etdiyi şəhərdə qazanılan qələbə sübut edir ki, onun İraq və Suriyada sayılı günləri qalıb. Biz İŞİD-in tam məhvinə nail olmağı davam etdirəcəyik", - deyə məlumatda bildirilir.
Trampın sözlərinə görə, ən böyük tərəqqi son 6 ayda görülən işlər nəticəsində əldə olunub.