Donald Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"

Donald Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır" "Hazırda ABŞ-da heç vaxt olmadığı qədər iqtisadi bum yaşanır".
Digər ölkələr
21 Yanvar , 2020 18:06
Donald Tramp: Hazırda ABŞ-da iqtisadi bum yaşanır

"Hazırda ABŞ-da heç vaxt olmadığı qədər iqtisadi bum yaşanır".

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

O, Avropa ölkələrini həqiqi enerji təhlükəsizliyinə nail olmaq üçün ABŞ-ın dəstəyindən istifadə etməyə çağırıb.

D.Tramp həmçinin hazırda ABŞ-ın Çinlə münasibətlərinin heç vaxt olmadığı qədər yaxşı olduğunu vurğulayıb: “Mənim Si Cinpinlə əla münasibətim var. O, Çin üçün, mən isə ABŞ üçün, ancaq, bununla belə, bir-birimizi sevirik”.

O, ABŞ-ın “Trilyon ağac” təşəbbüsünə qoşulacağını da söyləyib: “İndi bədbinlik deyil, nikbinlik vaxtıdır”.

Xatırladaq ki, 2019-cu ilin yanvarında isveçrəli alimlər qlobal istiləşmə ilə mübarizə üçün trilyon ağac əkməyə çağırış etmişdilər. Onların hesablamalarına görə, növbəti onilliklərdə yeni ağaclar 750 milyard ton CO2 uda biləcək. Bu, son 25 ildə atmosferin çirkləndiyi rəqəmə bərabərdir.

Son xəbərlər

Orphus sistemi