Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp G20 sammitində iştirak etmək məqsədilə Hamburqa gəlib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Donald Tramp və cari sammitin ev sahibi kimi liderləri qarşılayan Almaniya kansleri Angela Merkel bir-birini salamlayıb və qısa fikir mübadiləsindən sonra əl sıxışıblar.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin ilk görüşünün məhz G20 sammiti çərçivəsində keçiriləcəyi gözlənilir.