Donald Tramp Floridada Yaponiyanın baş naziri ilə görüşəcək

Donald Tramp Floridada Yaponiyanın baş naziri ilə görüşəcək Görüşdə Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın nəzərdə tutulan görüşü müzakirə ediləcək
Digər ölkələr
2 Aprel , 2018 17:10
Donald Tramp Floridada Yaponiyanın baş naziri ilə görüşəcək
ABŞ prezidenti Donald Tramp / The Associated Press

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp aprelin 17-18-də Floridadakı Mar-a-Laqoda iqamətgahında Yaponiyanın baş naziri Sindzo Abeni qəbul edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ ev açıqlama yayıb.

Bildirilib ki, görüşdə Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın nəzərdə tutulan görüşü müzakirə ediləcək.

Sindzo Abe Trampdan qaçırılan yaponların məsələsinin həmin sammitdə qaldırılmasını xahiş edəcək.

Hazırda Cənubi Koreya prezidenti Mun Çje İnlə Kim Çen Inın görüşünə hazırlıq gedir. Bu görüşün də apreldə keçirilməsi planlaşdırılıb. Bundan sonra Donald Trampla Kim Çen In arasında sammitin keçiriləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi