Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gəlib

Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gəlib ABŞ prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə gəlib.
Digər ölkələr
21 Yanvar , 2020 15:08
Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gəlib

ABŞ prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə gəlib.

“Report” ABŞ KİV-nə istinadən xəbər verir ki, ABŞ lideri Davosda iki gün olacaq.

AP xəbər verib ki, yola düşməzdən əvvəl D.Tramp ölkəyə əcnəbi sərmayələr cəlb etmək üçün foruma gedəcəyini bildirmişdi:

“Dünyanın ən böyük biznes liderləri ilə görüşəcək, buraya gəlmələrinə çalışacağam”.

Xatırladaq ki, yanvarın 24-dək davam edəcək forumda 118 ölkənin nümayəndələri, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edir.

Son xəbərlər

Orphus sistemi