Donald Tramp demokratlara ultimatum verib

Donald Tramp demokratlara ultimatum verib Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp demokratların respublikaçılara qarşı Nümayəndələr Palatasında araşdırma aparmaq təkilifinə münasibət bildirib.
Digər ölkələr
7 Noyabr , 2018 20:27
Donald Tramp demokratlara ultimatum verib

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp demokratların respublikaçılara qarşı Nümayəndələr Palatasında araşdırma aparmaq təkilifinə münasibət bildirib.

“Report” xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Demokratlar vətəndaşların ödədiyi vergiləri israf edib bizə qarşı Nümayəndələr Palatasında araşdırmalar aparacaqlarını güman edirlərsə, onda biz də onlar barəsində məxfi məlumatların sızdırılması və bir çox başqa məsələlərlə bağlı Senatda araşdırmalara başlamaq barədə düşünməli olacağıq. Görək kim qazanacaq!”, - D.Tramp qeyd edib.

Xatırladaq ki, ötən gün ABŞ-da keçirilən aralıq seçkilər zamanı Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasındakı 435 konqresmenin hamısı, 39 ştat və ərazi valisi, ştat qanunverici məclislərinin 6073 üzvü, məktəb dairələrinin hakimləri və şura üzvləri seçilib. KİV-dəki proqnozlara görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında üstün olacaq, Respublikaçılar Partiyası isə Senatdakı üstünlüyünü daha da artıracaq.

Son xəbərlər

Orphus sistemi