Donald Tramp Bastilya qalasının alınmasının 137 illiyi münasibətilə Parisdə keçirilən hərbi paradda iştirak edir

Donald Tramp Bastilya qalasının alınmasının 137 illiyi münasibətilə Parisdə keçirilən hərbi paradda iştirak edir Parisdə Fransanın Milli Günü ilə əlaqədar hərbi parad keçirilir
Digər ölkələr
14 İyul , 2017 13:04

Bakı. 14 iyul. REPORT.AZ/ Parisdə Bastilya qalasının alınmasının 137 illiyi münasibətilə hərbi parad keçirilir.

"Report" xəbər verir ki, paradda Fransa prezidenti Emmanuel Makron, eləcə də ölkənin Silahlı Qüvvələrinin ali rütbəli hərbçiləri iştirak edirlər.

Hərbi maşınlar, fransız hərbçilər Qələbə Qövsünün altından, hərbi təyyarələr və helikopterlər isə üstündən keçib.

Paradda Fransa prezidentinin milli bayrama qatılmaqla bağlı dəvətini qəbul edən ABŞ prezidenti Donald Tramp da iştirak edir. 

Son xəbərlər

Orphus sistemi