Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib
- 25 iyun, 2025
- 14:50
ABŞ Prezidenti Donald Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib.
"Report" xəbər verir ki, bu barədə “RBK-Ukraina” “The Guardian”a istinadən məlumat yayıb.
Haaqada çıxış edən ABŞ Prezidentinin fikrincə, İrana zərbələr Tehranın təhdidini sonlandırıb.
"Məgər zərbə endirməklə uğur qazanmadıq? Bu zərbə müharibəyə son qoydu. Onlar bunu etməyə çalışaraq trilyonlarla dollar xərclədilər və bunu bacarmadılar, əslində biz indi onlarla çox yaxşı münasibətdəyik", - deyə Tramp bəyan etdi".
O, ABŞ-nin hərəkətlərini İkinci Dünya Müharibəsi dövründəki tarixi hadisələrlə müqayisə edib.
"Mən Xirosima, Naqasakini nümunə gətirmək istəmirəm, amma həmin addım Yaponiya ilə müharibəyə son qoydu. Əgər biz bunu etməsəydik, onlar indi də müharibə edərdilər", - ABŞ Prezidenti söyləyib.