Domodedovoda göyərtəsində partlayış təhlükəsi olan təyyarə yoxlanılır

Digər ölkələr
  • 28 avqust, 2021
  • 10:35
Domodedovoda göyərtəsində partlayış təhlükəsi olan təyyarə yoxlanılır

Naməlum şəxslər hüquq-mühafizə orqanlarına Domodedovo hava limanında olan təyyarədə partlayış təhlükəsi olması barədə məlumat veriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, təyyarə Moskva-Gelencik reysi ilə uçmalı idi.

“Airbus A320” təyyarəsi qrafik üzrə yerli vaxtla saat 11:25-də havaya qalxmalı olsa da, reys təxirə salınıb. Hazırda daxil olan məlumat üzrə yoxlamalar həyata keçirilir.

44 filmi