Dominikan sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var

Dominikan sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var Dominikan Respublikasının şərq sahillərində qayıq aşıb.
Digər ölkələr
26 Noyabr , 2021 01:58
Dominikan sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var

Dominikan Respublikasının şərq sahillərində qayıq aşıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri feysbuk səhifəsində məlumat yayıb.

Qəza nəticəsində azı 8 nəfər həlak olub, təxminən 23 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd olunur ki, qayıqda olan sərnişinlər Puerto-Riko ərazisinə qanunsuz keçməyə cəhd ediblər.

İlkin məlumata görə, insidentə əlverişsiz hava şəraiti səbəb olub.

Son xəbərlər

Orphus sistemi