Yuxarı

Dominikan Respublikasında fırtınaya görə 22 min nəfər təxliyə edilib

Onların əksəriyyəti qohum və dostlarının evlərinə yerləşib

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Metyu" fırtınasının ölkə ərazisindən keçməsi nəticəsində Dominikan Respublikasında təxliyə edilən vətəndaşların sayı 21 min 951 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Diario Libre" qəzeti yazıb.

Onun məlumatına görə, təxliyə olunanların əksəriyyəti qohum və dostlarının evlərindədirlər. 794 nəfər dövlət yataqxanalarına yerləşdirilib.

Təbii fəlakət nəticəsində ölkədə 4 nəfər ölüb, 447 yaşayış tikilisinə ziyan dəyib. Ölkənin 22 əyalətində qırmızı, 11-də yaşıl təhlükə səviyyəsi elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi