Dodonun Moldovanı tərk etmək qadağası daha 60 gün uzadılıb
Digər ölkələr
- 16 yanvar, 2023
- 18:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldova Ali Məhkəməsi keçmiş prezident İqor Dodonun ölkədən çıxışına qoyulan qadağanın müddətini daha 60 gün uzadıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə iclasından sonra jurnalistlərə Dodon özü məlumat verib.
“Ölkədən çıxış qadağamı martın 20-dək uzadıblar, baxmayaraq ki, mən heç yerə getmirəm”, - eks-prezident bildirib.
Dodon ötən il mayın sonunda saxlanılıb və ona qarşı dövlətə xəyanət, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb. Vəkillərin sözlərinə görə, səkkiz cinayət işi açılıb, onlardan üçü məhkəmələrə göndərilib.
Müdafiə tərəfi məhkəmənin açıq keçirilməsində israrlıdır. Eks-prezident deyib ki, onun günahsızlığına dair sübutları var.
Son xəbərlər
06:12
BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb
Maliyyə
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət