Dmtriy Peskov: Airbus-321 qəzası ilə bağlı rəsmi rəy bildirmək üçün tezdir

Dmtriy Peskov: Airbus-321 qəzası ilə bağlı rəsmi rəy bildirmək üçün tezdir Prezidentin mətbuat katibi qəzanın səbəbinin araşdırılması üçün peşəkar mütəxəssislərin iş apardığını qeyd edib
Digər ölkələr
2 Noyabr , 2015 21:33
Dmtriy Peskov: Airbus-321 qəzası ilə bağlı rəsmi rəy bildirmək üçün tezdir

Bakı. 02noyabr. REPORT.AZ/ Rusiya prezidentinin mətbuat katibi Dmtriy Peskov hesab edir ki, "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus-321" laynerinin Sinay yarımadasında qəzaya uğraması ilə əlaqədar hərhansı yekun rəsmi rəy bildirmək hələlik düzgün olmaz.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, qəzanın səbəbinin araşdırılması üçün peşəkar mütəxəssislərin iş apardığını qeyd edən prezidentinin mətbuat katibi, "Araşdırma yekunlaşmadan hərhansı fikir bildirmək düzgün olmazdı. Dövlət başçısı bütün lazımı göstərişləri verib. Araşdırma davam edir", - deyə vurğulayıb.

Bəzi KİV orqanları Sinay yarımadasında baş verən qəzaya "xarici amilin" səbəb olduğunu iddia edib.

Xatırladaq ki, Misirin Mülki Aviasiya Nazirliyinin bəyanatına görə, oktyabrın 31-də səhər saatlarında KGL9268 reysi ilə havaya qalxan və Şarm-əl-Şeyx - Sankt-Peterburq istiqamətində hərəkət edən А321 təyyarəsi uçuşun 23-cü dəqiqəsində radarlardan itib.

Sinay vilayətinin administrasiyası göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin yarımadanın mərkəzi hissəsində, Əl-Kantala və Əl-Laksima rayonları arasında, Əl-Hasna şəhəri yaxınlığında yerə düşdüyünü bildirib.

Rusiyanın Misirdəki səfirliyi qəza zamanı heç kimin sağ qalmadığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi