Pandemiyaya qarşı ən zəif mübarizəni ABŞ aparır – SORĞU

Pandemiyaya qarşı ən zəif mübarizəni ABŞ aparır – SORĞU 11 ölkədə aparılmış sorğunun iştirakçılarının əksəriyyəti belə bir fikri bildirib
Digər ölkələr
22 Aprel , 2021 18:43
Pandemiyaya qarşı ən zəif mübarizəni ABŞ aparır – SORĞU

ABŞ hökuməti digər ölkələrlə müqayisədə COVID-19 pandemiyasına qarşı ən zəif mübarizəni aparır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, İspaniyanın “Elcano” institutu tərəfindən 11 ölkədə aparılmış sorğunun iştirakçılarının əksəriyyəti belə bir fikri bildirib.

Respondentlərdən Almaniya, İspaniya, Rusiya, Çin, Böyük Britaniya və ABŞ hökumətlərinin pandemiya ilə necə mübarizə apardığı barədə soruşulub və onları qiymətləndirmək təklif edilib.

Sorğu nəticəsində ən aşağı reytinq ABŞ-a verilib (10 baldan 4,2 bal). Qalanları isə çox yüksək olmasa da, 5 baldan çox toplayıblar.

Birinci yeri Almaniya (6,5 xal), ikinci yeri isə gözlənilmədən İspaniya (5,9 xal) tutub. Onların ardınca Rusiya (5,5 xal), Çin (5,4 xal) və Böyük Britaniya (5,4 xal) gəlir.

Son xəbərlər

Orphus sistemi