“Diamond Princess”də koronavirusa yoluxanların sayı durmadan artır

“Diamond Princess”də koronavirusa yoluxanların sayı durmadan artır Fevralın 3-dən Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” gəmisində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı artıb.
Digər ölkələr
12 Fevral , 2020 04:28
“Diamond Princess”də koronavirusa yoluxanların sayı durmadan artır

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” gəmisində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Kaçunobu Kato məlumat verib.

Onun sözlərinə görə, müayinələrdən sonra 34 sərnişinin koronavirusun yeni növünə yoluxduğu məlum olub.

Bununla da, “Diamond Princess” gəmisində virusa yoluxanların ümumi sayı 175 nəfərə çatıb. Bildirilib ki, yoluxanlardan dördünün vəziyyəti ağırdır və reanimasiya şöbələrinə yerləşdirilib.

Nazir, virusa yeni yoluxan şəxslərin hansı ölkənin vətəndaşları olması barədə məlumat verməyib.

Xatırladaq ki, Yaponiya hökumətinin qərarına əsasən, “Diamond Princess” kruiz layneri sərnişinlərdən birində yeni koronavirus aşkar edildikdən sonra Yokohama limanında saxlanılıb. Honkonqda gəmini tərk edən 80 yaşlı Honkonq sakinində koronavirisun yeni tipi aşkar edilib. Bundan sonra sərnişinlərdən bir neçəsində yüksək temperatur və öskürmə qeydə alınıb.

Yaponiya hökumətinin qərarına əsasən, göyərtəsində 3700 nəfərin olduğu layner Yokohama limanında saxlanılıb və ona karantin tətbiq edilib. Koronavirusa yoluxanlar gəmidən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Gəmidə qalan sərnişinlər üçün karantin müddəti davam edir.

Son xəbərlər

Orphus sistemi