​DİN: Banqladeşdə restorana hücumu İŞİD yox, yerli yaraqlılar törədib

​DİN: Banqladeşdə restorana hücumu İŞİD yox, yerli yaraqlılar törədib Onlar "Camaatul Mucahidin Banqladeş"in üzvləridirlər
Digər ölkələr
3 İyul , 2016 09:54
​DİN: Banqladeşdə restorana hücumu İŞİD yox, yerli yaraqlılar törədib

Bakı. 3 iyul. REPORT.AZ/ Banqladeşin paytaxtı Dəkkədəki restoranlardan birində 20 nəfərin ölümünə səbəb olan hücumu İŞİD terror qruplaşmasının üzvləri deyil, yerli yaraqlılar törədib.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinə istinadən "Frans Press" məlumat yayıb.

"Onlar "Camaatul Mucahidin Banqladeş"in (JMB) üzvləridirlər", — deyə nazir Əsaduzzaman Xan agentliyə bildirib.

"Onların İŞİD-lə heç bir əlaqələri yoxdur", — deyə o əlavə edib.

Silahlı terrorçular cümə günü axşam Dəkkənin diplomatik məhəlləsində yerləşən restorana hücum ediblər. Şənbə günü səhər polis əməliyyat keçirdərək 6 terrorçunu məhv edib. Əməliyyat zamanı 13 nəfəri girovluqdan azad etmək mümkün olub, 20 girov ölüb.

KİV-in məlumatına görə, hücuma görə məsuliyyəti İŞİD yaraqlıları öz üzərilərinə götürüblər.

Son xəbərlər

Orphus sistemi